Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

REA-nın akademiki koronovirusa qalib gəlməyin yolunu açıqlayıb


Rusiyada mümkün qədər qısa zamanda koronavirusdan müdafiə edən təsirli vaksin hazırlanacaq. Bu barədə V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun İmmunitetin molekulyar mexanizmləri laboratoriyasının rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin İmmunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Sergey Nedospasov bildirib.

Alim qeyd edib ki, virusda vaksinin alınmasına mane olan heç nə tapılmayıb. Onun hazırlanmasında genetik texnologiyalardan istifadə ediləcək.

“İstənilən müasir vaksinlərin yaradılması genetik texnologiyalarından istifadəni tələb edir. Genomun redaktəsi preklinik modellərin yaradılması zamanı lazım ola bilər”, – deyə mütəxəssis bildirib.

poisknews.ru saytının məlumatına görə, S.Nedospasov hesab edir ki, koronavirusa yoluxmanın səbəbini aradan qaldırmaq üçün ən təsirli üsul bu xəstəliyi keçirmiş insanların qanının ümumi anticismlərinin təmizlənmiş preparatlarından istifadə olunmasıdır. O, əlavə edib ki, sağalmış insanların plazmasının köçürülməsi zamanı onunla birlikdə orqanizmə virus və ya başqa infeksiyaların da daxil olma ehtimalı yüksək olduğundan təhlükəlidir.

Faydalı linklər