Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı  “Analysis and Mathematical Physics” https://link.springer.com/journal/13324  jurnalda dərc edilib.

Karnot qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun kommutatorunun xarakterizasiyasıhttps://link.springer.com/article/10.1007%2Fs13324-020-00360-9 adlı məqalədə Karnot qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operatorunun Spanne tip güclü və zəif məhdudluğunun xarakterizasiyası verilmişdir. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operatorunun kommutatorunun Spanne tip məhdudluğunun xarakterizasiyası verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər