12/05/2020
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Tahir Hacıyev və dissertant K. Süleymanovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Studia Scientiarum Mathematicarum Hungarica”
(https://akjournals.com/view/journals/012/012-overview.xml) 0.360 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“Müntəzəm elliptik tənliklər üçün ümumiləşmiş çəkili Morri fəzalarında Dirixle məsələsi” (https://akjournals.com/view/journals/012/57/1/article-p68.xml) adlı məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında verilmiş harmonik analizin mühüm operatorları olan Hardi-Litlvud və Kalderon-Ziqmund sinqulyar inteqral operatorlar üçün çəki Ap Makenhoupt sinifindən olduqda ümumiləşmiş çəkili Sobolev-Morri fəzalarında məhdudluq məsələləri araşdırılmışdır. Nəticədə ümumiləşmiş çəkili Sobolev-Morri fəzalarında olan yüksək tərtib müntəzəm elliptik tənliklərin zəif həlli üçün məhdud hamar Ω ⊂ Rn oblastında aprior qiymətləndirmələr verimişdir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://akjournals.com/view/journals/012/57/1/article-p68.xml
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.