Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiyada COVID-19-a qarşı vaksinin sınaqları uğurlu keçib


Rusiyada COVID19-a qarşı vaksinin rəsmi sınaqları hələlik aparılmasa da, artıq Səhiyyə Nazirliyinin N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları onu öz orqanizmlərində yoxlayıblar. Bu barədə elmi-tədqiqat institutunun direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Ginsburq bildirib. O, qeyd edib ki, vaksinin əks təsirləri olmayıb. Lakin eksperimenti rəsmi sınaqlar üçün Səhiyyə Nazirliyindən icazə alındıqdan sonra uğurlu hesab etmək olar.

poisknews.ru saytının məlumatına görə, mərkəzdə hazırda primatlar üzərində aparılmış testlərin nəticələri gözlənilir. Bundan sonra Səhiyyə Nazirliyinə rəsmi kliniki sınaqların icazəsinə dair sorğu göndəriləcək.

Faydalı linklər