Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib


04-05 iyun 2020 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

Xüsusi karantin rejiminə uyğun olaraq sosial məsafə gözlənilməklə keçirilən iclasda institutun elmi işlər üzrə direktor müavini, r.e.d, professor Ədalət Axundov; AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov; AMEA-nın müxbir üzvü,  professor Bilal Bilalov; f-r.e.n. Əbdürrəhim Quliyev; t.e.n., dosent Eldar Abbasov; r.ü.f.d.,dosent Səbinə Sadıqova və şöbələrin digər əməkdaşları iştirak ediblər.

Tədbirdə 2019/2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş “Riyazi analiz”,”Riyazi fizika”,”Maye qaz və plazma mexanikası” ixtisasları üzrə II kursda təhsil alan magistrantlar – Cəbrayılova Aynur, Rzayeva Aygül və İbrahim Məmmədovun dissertasiya işləri müzakirə olunmuşdur.

Magistrantlar dissertasiyaları haqqında təqdimatla çıxış edərək yerinə yetirdikləri tədqiqatlar, əldə etdikləri nəticələr barədə ətraflı məlumat vermişlər. Mövzular ilə bağlı müzakirələr aparılmış, vərilən suallar cavablandırılmışdır.

Sonda magistrantların dissertasiya işlərinin əsas müdafiəyə təqdim olunması haqqında qərar qəbul edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.