Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!


COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020/2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək.

Magistraturaya qəbul olan bakalavrlar qeydiyyat üçün aşağıda göstərilən sənədləri skan edilmiş formada iyul ayının 6-dan 15-dək (qəbul-2020/2021 başlığı ilə) [email protected] ünvanına göndərməlidirlər.

Sənədlərin siyahısı:

– Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı;

– Telefon nömrəsi (özünün və valideynlərindən birinin);

– Şəxsiyyət vəsiqəsi;

– Bakalavr təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

– Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

– 3×4 ölçüdə rəngli fotoşəkil;

– Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalıdır. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli, tarix və imza qoymalıdır).

Bakalavrlarla telefon əlaqəsi qurulduqdan sonra onlar qeydiyyata alınacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

© Mənbə: www.science.az

Faydalı linklər