18/09/2013
18.09.2013-cü il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Avropa Elmlər Akademiyası və Latviya Elmlər Akademiyasının akademiki, “Kompozit materiallar mexanikası” jurnalının baş redaktoru Vitaut Petroviç Tamujun “Kompozit materiallar: keçmişdə, indi, gələcəkdə” mövzusunda məruzəsi olmuşdur.
Məruzədə müxtəlif sahələrdə (tikintidə, təyyarə və kosmik aparatların hazırlanmasında və s.) kompozit materialların rolundan, gələcək perspektivlərdən danışılmışdır. Sonda İnstitut əməkdaşları ilə (C. Ağalarov, A. Zamanov, M. İlyasov, T. Zeynalova) elmi müzakirə olmuşdur.