10/07/2020
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri xəbərdarlıq ediblər ki, koronavirusa yoluxaraq ondan sağalmış hər üçüncü insan həyatının qalan hissəsində ağ ciyərlərinin zədələnməsi, xroniki yorğunluq və psixoloji pozuntulardan əziyyət çəkə bilər.
medikforum.ru saytının məlumatına görə, Britaniyada xəstəxanadan sağalaraq çıxmış hər onuncu şəxsdə kəskin ürək zədələnməsi diaqnozu qoyulur. Həmçinin mütəxəssislər hesab edirlər ki, keçirilmiş COVID-19 xəstəliyi beynin zədələnməsinə səbəb ola bilər. O, hətta Alzaymer xəstəliyinin inkişafına təkan verə bilər.