Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


24.09.2014 – cü il tarixində Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f.r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “Qeyri – monoton yüklənmələrdə plastikliyin və möhkəmliyin xüsusi nəzəriyyələri” mövzusunda məruzə edəcəkdir.
Cisimlərin qeyri monoton yüklənmələrində keyfiyyətcə yeni plastiklik və möhkəmlik nəzəriyyələri işlənmişdir. Bu nəzəriyyələr çərçivəsində :
a) ümumi qeyri – monoton yüklənmələrdə plastiklik nəzəriyyəsinin yeni təyinedici tənlikləri qurulmuşdur;
b) təyinedici tənliklərə daxil edilmiş material funksiyalarının və sabitlərin tapılmasına imkan verən sadə təcrübələr sistemi göstərilmişdir;
c) plastiklik nəzəriyyəsi məsələsinin yeni riyazi qoyuluşu verilmişdir;
d) bu məsələnin həll üsulları işlənmişdir;
e) qeyri – monoton yüklənmələrdə elastikiplastik cisimlərin zədələnmə prosesinin kinetik tənliyi qurulmuşdur;
f) zədələnmə və dağılma şərtləri çıxarılmışdır.