10/11/2020
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin və şöbənin aparıcı elmi işçisi, dosent Ömərova Mehriban Nazim qızının 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Journal of Pseudo-Differential Operators and Applications” (https://www.springer.com/journal/11868) 0.532 impakt faktorlu jurnalda dərc edilib.
“VMO əmsallı parabolik tənliyin həllinin Orliç-Morri fəzasında qlobal requlyarlığı” adlı məqalədə parabolik Kalderon-Ziqmund operatorun doğurduğu subxətti inteqral operatorun və parabolik funksiya BMO-dan olduqda kommutatorun ümumiləşmiş parabolik Orliç-Morri fəzasında məhdudluğu isbat edilmişdir. Parabolik sinqulyar və sinqulyar olmayan inteqral operator və onların kommutatorlarının ümumiləşmiş parabolik Orliç-Morri fəzalarında məhdudluğu üçün kafi şərtlər tapılmışdır. Alınmış nəticələr əsasında ümumiləşmiş parabolik Orliç-Morri fəzalarında VMO əmsallı divergent olmayan parabolik tənliyin həllərinin qlobal requlyarlığı məsələsi araşdırılmışdır.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s11868-019-00325-y
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.