Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


01.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “A.Q.Kostyuçenko məsələsi ” mövzusunda məruzə edəcəkdir.

Məruzə diferensial operatorların spektral nəzəriyyəsində məşhur  olan  A.Q.Kostyuçenko məsələsinə həsr olunmuşdur. İş  icmal xarakterlidir və bu  məsələ ilə bağlı əsas nəticələr verilmişdir. Məsələnin əhəmiyyəti açıqlanmış və bu məsələnin öyrənilməsi ilə bağlı çətinliklər göstərilmişdir. Sonda bu məsələyə dair həll olunmamış suallar əlavə edilmişdir.