01/12/2020
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanovun və institutun baş elmi işçisi, professor Ramiz Aslanovla birgə “Moral and Spiritual Values in Works of Nasreddin Tusi” adlı məqaləsi “Clarivate Analytics” bazasına daxil olan “ARPHA Proceedings”də çap olunub.
Məqalədə dahi azərbaycan astranomu, riyaziyyatçısı, filosofu, pedaqoqu və maarifçisi Nəsrəddin Tusinin “Əxlaqi Nasiri” və “Müəllimlərin və təhsil alanların əxlagı qaydaları” adlı əsərlərində bir sıra əxlaqi və mənəvi baxışları tədqiq olunur. Əsərdə Nəsrəddin Tusinin müasir pedaqoji fikir tarixində, xüsusilə də şəxsiyyətin inkişafı və ona təsir edən tərbiyə nəzəriyyələri sahəsində rolu müəyyən olunmuşdur. Onun fəlsəfi əsaslar və mənəvi təmizlik, uşaqların tərbiyəsi və ailə başçısı kimi, ölkənin sülhməramlı və siyasi idarəçiliyi haqqında fikirləri məşhurdur. Dərin elmi tədqiqatlara əsaslanan fikirlər prosesində müəlliflər oxucunu belə bir nəticəyə yönəldir ki, N.Tusi hər bir elm sahəsinin baza əsasını müəyyən edərək bu amillərin tərbiyə nəzəriyyəsində əksini tapmasına xüsusi diqqət yetirir. Müəlliflər gənc nəslin- formalaşmasında əxlaqi və mənəvi dəyərlərin rolunu və mahiyyətini təhlil edərək müasir dövrdə onun vacibliyini xüsusi qeyd edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.