17/12/2020
“Live Science”in məlumatına görə, 21 dekabr gecəsi 20 ildə bir rastlaşılan iki nəhəng planetin yaxınlaşması hadisəsi baş verəcək. Redaktor.az xəbər verir ki, Yupiter və Saturn bu ilki “böyük görüşdə” qeyri-adi dərəcədə yaxın olacaq. Bu hadisə son dəfə 16 iyul 1623-cü ildə yaşanıb. Avstraliyanın Monaş Universitetində çalışan astronom Mişel Brovn “Washington Post”a açıqlamasında Yupiterin Günəş ətrafındakı turunun 12, Saturnun isə təxminən 30 ildə tamamlandığını bildirib.
M.Brovn deyib ki, 1623-cü ildə baş verən “böyük birləşmə”də planetlər Günəşə çox yaxın olduğu üçün Yerdən izləmək mümkün olmayıb. “Bu iki planetin birlikdə görüntüsü 1226-cı ilin mart ayında qeydə alınıb. Amerika Aviasiya və Kosmik Agentliyinin (NASA) məlumatına görə, iki planetin görüşü Şimal Yarımkürədə ən qısa günün yaşanacağı 21 dekabrda çılpaq gözlə görünə biləcək.