24/12/2020
Riyaziyyat və Mexanika İnstitutununun direktoru AMEA-nın müxbir üzvi, professor Misir Mərdanov İnstitutun bir illik elmi təşkilatı fəaliyyəti haqqında aşağıdakıları bildirmişdir:
İnstitutda 219 əməkdaş çalışır, onların 112-nin elmi dərəcəsi vardır, 48 nəfər elmlər doktoru, 64 fəlsəfə doktoru, 5 nəfər AMEA-nın müxbir üzvüdür.
İnstitutda 24 şöbə, o cümlədən 14 elmi şöbə və bir elmi laboratoriya, 9 köməkçi şöbə fəaliyyət göstərir.
2020-ci ildə İnstitutda 7 elmi istiqamət (6 riyaziyyat, 1 mexanika) üzrə tədqiqat aparılmışdır:
İnstitutda 12 doktorant, 35 dissertant, birinci kursda 6, ikinci kursda 9
maqistr elmi tədqiqat işləri aparıllar. Hesabat ilində 3 nəfər maqistraturanı bitirmişdir.
İnstitutda hər ildə iki nömrədən ibarət 4 jurnal çap olunur:
2020-ci ildə institut əməkdaşları tərəfindən 248 elmi iş həyata
keçirilmişdir ki, onlardan 163 məqalə, 68 tezis, 3 kitab, 15 elmi populyar işdir. 163 məqalənin 110-u xaricdə çap olunub, 129 məqalə WOS-un siyahısı olan jurnallarda, 31 SCOPUS-un siyahısı olan jurnalarda çap edilmişdir. 3 kitabdan biri dərslik, ikisi dərs vəsaitidir.
Hesabat ilində WOS-un bazasına daxil olan jurnallarda hər alimə 129:128=1,008 məqalə düşür.
2020-ci ilin noyabr ayında İnstitutunun elmi şurasının onlayn formada keçirilən iclaslarında şöbələrin hesabatları dinlənilmiş, alınmış elmi nəticələr ciddi müzakirə olunmuş və səqqiz elmi tədqiqat işi mühüm nəticə kimi AMEA-nın rəhbərliyinə təqdim edilmişdir.
İnstitutunun direktoru Misir Mərdanov hazırda İnstitutda çalışan və elmi məktəbləri olan riyaziyyatçılarında adını çəkmişdir:
O, eyni zamanda nisbətən cavan olan və ciddi elmi tədqiqatları ilə seçilən riyaziyyatçı alimlərində adını çəkmişdir:
Direktor qeyd etmişdir ki, il ərzində İnstitutut əməkdaşları 6 qrant
lahiyəsinin qalibi olmuşdur.
Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsinə gəldikdə İnsitutunun direktoru qeyd etmişdir ki, əməkdaşlarımız il ərzində ölkənin ali məktəblərində onlayn formada mühazirələr oxumuş, bakalavr və maqistr dissertasiyalarına rəhbərlik etmiş, yekun Dövlət Attestasiya Komisiyalarına sədrlik etmiş, AAK-ın Rəyasət Heyətinin üzvü, ekspet şurasının sədri və üzvləri kimi fəaliyyətlərini davam etmişlər. O, bu sahədə daha fəal iştirak edən riyaziyyat üzrə elmlər doktoru, dosent Telman Qasımovun fizika-riyaziyyat elmlər namizədi, dosent Vidadi Mirzəyevin, fizika-riyaziyyat elmlər namizədi, dosent Əbdürrəhim Quliyevin, fizika-riyaziyyat elmlər namizədi, dosent İbrahim Məhərov və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əminağa Məmmədovun adlarını çəkmişdir.
2020-ci ildə İnstitut Rusiya, ABŞ, Çin Xalq Respublikası, Ukrayna, Danimarka, İtaliya, Hindistan, Gürcüstan, Turkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Almaniya və Fransanın müvafiq elmi tədqiqat müəssələri ilə əlaqələrini davam etdirmişdir.
İl ərzində ölkədən kənarda yaşayan yüzə yaxın soydaşlarımızla əlaqələr davam etdirilmişdir.
İnstitutun əməkdaşları AMEA-nın müzbir üzvi, professor Qeylani Pənahov və dosent Eldar Abbasovun aldıqları elmi nəticələr Azərbaycanın və Vyetnamın neft-qaz platformalarında tətbiq olunmuşdur.
İnstitutunun əməkdaşlarından Misir Mərdanov (Kazan, Irkutsk), Ramiz Aslanov (Kazan, Ulyanovsk, Tolyatti), Vaqif Quliyev (Rostov-na-Don), Bilal Bilalov (Istanbul), Fərman Məmmədov (Istanbul), Qeylani Pənahov (BDU), Eldar Abbasov (BDU) şəhərlərində keçirilən Beynəlxalq Elmi Konfranslarda onlayn məruzələrlə çıxış etmişlər.
İnstitut əməkdaşlarından Misir Mərdanov, Vaqif Quliyev, Kamil Aydazadə, Hamlet Quliyev, Yaqub Şərifov, Ramin Rzayev, Yusif Qasımov, Qabil Əliyev, Vüqar İsmayılov dünyanın müxtəlif ölkəlrində çap olunan elmi jurnallarının redaksiya heyətinin üzvü olmuşlar.
İnstitut əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 8400 manat vəsait köçürmüşlər.
İl ərzində 3 dildə (Azrəbaycan, Rus və İngilis dillərində) təqdim edilən İnstitutunun web səhifəsi yenilənmiş, saytda il ərzində 555 xəbər yerləşdirilimiş, sayta dünyanın 106 müxtəlif ölkəsindən 124.362 baxış olmuşdur.
İnstitutun direktoru gələcək üçün aşağıdakı təkliflərin nəzərə alınmasını xahiş etmişdir:
Çıxışının sonunda Misir Mərdanov tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.