Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb


“Riyazi analiz”, “Diferensial tənliklər”,“Riyazi fizika”, ”Optimallaşdırma və optimal idarəetmə, “Hesablama diaqnostikası”, “Mürəkkəb sistemlərin ehtimal və statistic metodlarla təhlili, “Maye,qaz və plazma mexanikası” və “Deformasiya olunan bərk cisim mexanikası” ixtisasları üzrə magistrantların qış imtahan sessiyası kəcirilir.

I kursda təhsil alan 6, II kursda təhsil alan 9 magistrant imtahanlarda iştirak edir. İmtahan sessiyasında I kurs magistrantlar üçün 13, II kurs magistrantlar üçün 19 imtahan keçiriləcək.

Ölkə ərazisində tətbiq olunan karantin rejimi nəzərə alınaraq imtahanlar onlayn şəkildə təşkil edilib.

İmtahan prosesində AMEA RMİ –da yaradılmış imtahan komissiyasının üzvləri, fənn müəllimləri, eləcə də AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdir mavini Ramin Həsənov da iştirak edirlər.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası 2021-ci il fevralın 2-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər