Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


22.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Bəhram Əli oğlu Əliyev  “İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzə sonlu parçada sərhəd şərtlərinə spektral parametr və həmçinin qeyri-məhdud operator daxil olduqda ikinci tərtib elliptik tip diferensial operator tənlik üçün sərhəd məsələlərinin həll olunması və onların bəzi spektral xassələrinin öyrənilməsinə həsr olunmuşdur.