Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİN QƏRARI


AMEA-nın elmi müəssisə və təşkilatların da işləyən işçilərin attestasiyasının keçirilməsi barədə

AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasının tutduğu vəzifəyə uyğunluğunun, həmçinin işçilərin işinin səmərəliliyinin müəyyən edilməsi və əmək fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:

  1. AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılsın :

1.1. rəhbərlik etdikləri elmi müəssisə və təşkilatlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001 -ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-67-ci maddələrinin tələblərinə əsasən attestasiya keçirilməsi məqsədilə attestasiya komissiyasının yaradılması təmin e dilsin.

1.2. rəhbərlik etdikləri elmi müəssisə və təşkilatlarda xüsusi karantin rejiminin qaydalarına əm əl etməklə 20 (iyirmi) gün müddətində işçilərin attestasiyası keçirilsin və nəticəsi barədə AMEA prezidentinə yazılı məlumat ver ilsin.

2. AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinə tapşırılsın ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında attestasiyanın keçirilməsinə metodiki köməkliyin göstərilməsi məqsədilə seminar məşğələlərin keçirilməsi təmin e dilsin.

3. Qərarın icrasına nəzarət AMEA -nın birinci vitse-prezidenti akademik Dilqəm Tağıyevə həvalə

AMEA-nın prezidenti                                      akademik Ramiz Mehdiyev

AMEA-nın akademik –katibi                            akademik Adil Qəribov

Xəbərin linki

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər