Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUN ƏMRİ


AMEA Riyaziyyat və Mexanika İnstitutunda

Işçilərin attestasiyasının keçirilməsi haqqında:

əmr edirəm:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli 6/2 nömrəli qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyən qeyri-elmi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasının tutduğu vəzifəyə uyğunluğunun, həmçinin işçilərin işinin səmərəliliyinin müəyyən edilməsi məqsədi ilə attestasiya keçirilsin.

  1. Attestasiyanın keçirilməsi məqsədi ilə adları aşağıda qeyd olunmuş institut əməkdaşlarından ibarət attestasiya komissiyası yaradılsın:

Komissiyanın sədri – Məmmədov Mehdi Abbas oğlu – ümumi işlər üzrə direktor müavini

Komissiyanın üzvləri:

Dosent Mirzəzadə İradə Hətəm qızı – həmkarlar təşkilatının sədri

Dosent Abbasov Eldar Mehdi oğlu – baş elmi işçi

Dosent Mirzəyeva Gülnar Ramiz qızı – böyük elmi işçi

Hüseynov Fuad Sahib oğlu – elmi işçi

Salmanova Səbinə Salman qızı – kadrlar şöbəsinin müdiri

İsayeva Günəl Əyyar qızı – mühəndis proqramlaşdırıcı

  1. Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə 20 (iyirmi) gün müddətinə işçilərin attestasiyası keçirilsin və nəticəsi barədə AMEA prezidentinə yazılı məlumat verilsin.
  2. Kadrlar şöbəsinin müdirinə (Səbinə Salmanova) əmrdən irəli gələn məsələlərin icrası tapşırılsın.

Əsas: AMEA Rəyasət Heyətinin 28 yanvar tarixli, 6/2 nömrəli qərarı və elmi işlər üzrə direktor müavini professor Ədalət Axundovun təqdimatı.

Direktor                                                                      AMEA-nın müxbir üzvü

                                                                                 professor Misir Mərdanov

Xəbərin linki

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər