04/02/2021
2021-ci il fevral ayının 3-də Respublikada tətbiq olunan pandemiya qaydalarına uyğun olaraq AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin əməkdaşları, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və aparıcı elmi işçisi, t.e.n. Eldar Abbasov tətbiqlə əlaqədar elmi-tədqiqat işlərini davam etdirərək, yaradılmış innovasiya texnologiyanı Azərbaycanda fəaliyyət göstərən “Global Energy” beynəlxalq neft şirkətinin “Binaqadı Oil Company”-na aid “Sian-Şor” yatağında yerləşən 210127 №-li neft istismarı quyusunda neftveriminin intensivləşdirilməsi ilə əlaqədar tətbiq etmişdir.
Texnologiyanın tətbiqi ilə əlaqədar mədən əməliyyatı müvəffəqiyyətlə aparılmış və neftveriminin intensivləşdirilməsi üçün əsas zəmin olan QDZ-nın suffoziyalı təmizlənməsində müsbət nəticə alınmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.