21/10/2014
22.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Humboldt Universitetinin (Berlin, Almaniya) əməkdaşı Qəhrəmanov İlmar Balaxan oğlu “Elliptik hipergeometrik funksiyalar” mövzusunda məruzə edəcəkdir.
Məruzə elliptik hipergeometrik funksiyaların nəzəriyyəsinə və tətbiqlərinə həsr olunub. Klassik və bazis hipergeometrik funksiyaları Eylerin dövründən məlumdursa, elliptik hipergeometrik funksiyalar son 15 ildə meydana çıxıb. Bu funksiyalara inteqrallanan sistemlərdə, dördölçülü çoxobrazlıların invariantlarında, Li cəbrlərinin xarakterlərinin öyrənilməsində, düyün invariantlarında, kvant sahə nəzəriyyələrində, topoloji sahə nəzəriyyələrində, riyazi fizikada rast gəlinir.