12/02/2021
Rusiya sülhməramlıları Şuşanın infrastrukturunu bərpa etmək üçün inşaat materialları ilə dolu 60-dan çox Azərbaycan yük maşınını müşayiət edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, sülhməramlı kontingentin hərbi heyəti Azərbaycanın istəyi ilə iki konvoyun hərəkətinin təhlükəsizliyini təmin edib.
“Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatda qeyd edilir.
© Mənbə: www.oxu.az