Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

MƏLUMAT


UNESCO-nun İpək Yolu Proqramı tərəfindən gənc tədqiqatçılara İpək Yolu üzərində yerləşən ölkələrin ortaq mədəniyyətini öyrənməyə şərait yaradan “İpək Yolları Gənc Tədqiqat Təqaüdü” adlı layihəyə start verilmişdir. Hər il İpək Yollarının ortaq mədəniyyətini, daxili müxtəlifliyini, onun müasir cəmiyyətdə kreativlik, mədəniyyətlərarası dialoq, regional və beynəlxalq əməkdaşlıq, davamlı sülh va inkişaf üçün mövcud potensialını araşdırmaq məqsədilə 12 gənc (35 yaşadək) tədqiqatçıya qrant ayrılır.

Elmi araşdırmalar aşağıdakı mövzuları əhatə edə bilər:

  • Elm və texnologiya;
  • Ənənəvi təcrübə (knowhow) və sənətkarlıq;
  • Din və mənəviyyat;
  • Dil və ədəbiyyat;
  • İncəsənət və musiqi;
  • Ənənəvi idman və oyunlar.

Proqramda iştirak etmək istəyənlər müvafiq sənədləri cari ilin 18 aprel tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Ətraflı məlumat https://en.unesco.org/silkroad/youthgrant-applicant-guidelines keçidi vasitəsilə əldə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər