22/02/2021
İnsan beyni Britaniya Ensiklopediyası və ya hər hansı bir ensiklopediyadakı məlumatlardan 5 dəfə artığını yadda saxlamaq qabiliyyətinə malikdir. Alimlərin beyinin ölçüsünün dəqiqləşdirilməsinə ehtiyac olsa da, məlum olduğu qədəri ilə, kompüter terminologiyası ilə desək insan beyninə 3-dən 1000 terabayta qədər məlumat yerləşə bilər. Nəzərə alaq ki, 900 il tarix qeyd olunmuş Britaniya Milli arxivi cəmi 70 terabayt həcmindədir.
İnsanın həyatı boyu neyronlar daim inkişafda olurlar. Uzun illər boyunca alimlər sinir toxumalarının və neyronların inkişafını və bərpa olmasını mümkünsüz hesab edirdilər. Ancaq bunun belə olmadığı elmə aydın oldu. İnsan bədəninin digər toxumaları kimi neyronlarda insanın həyatı boyu inkişaf edir. Bu fakt beyinin və onun xəstəliklərinin tədqiq olunmasında yeni mərhələ yaratdı. Müxtəlif növ neyronlarda məlumat müxtəlif sürətlərlə ötürülür. Neyronların növü elə də çox deyil və onlarda məlumatın ötürülməsi saniyədə 0.5-lə 120 metr arasında dəyişir.
Eyni zamanda, beynin daxilində 100 milyarda qədər sinir hüceyrələri (neyron) və 1 trilyon glial adlanan hüceyrələr mövcuddur. Beyin hüceyrələrinin hamısı eyni tipli deyil, 10.000-ə yaxın müxtəlif beyin hüceyrələri vardır. Beynin hər bir sinir hüceyrəsi, təxminən, 40.000 sinir qovşaq nöqtəsinə bağlanır. Hər neyron məlumatların 4.7 bitini tutur.Və bu neyronların hər biri 10.000 dənə üzvü ilə əlaqə yaradır. Bu məlumatlara əsasən, tədqiqatçılar bir insanın ümumi yaddaşının 1 milyon gigabayt olduğu qənaətinə gəldilər.
Hər hansı bir məlumat yaddaşımızda müəyyən bir yer tutur. Bizim xatirələrimiz də informasiyadır, deməli, insan beyni sərt disk kimi məhdud həcmə malik olmalıdır. İnformasiya ilə insan yaddaşını tamamilə yükləmək mümkün olmayacaq və bu yüklə yaşamaq son dərəcə ağır olardı. Beyninizin potensialını qiymətləndirin.