Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər məlumatları birbaşa DNT-də saxlamağa müvəffəq olublar


CentralAsia (CA) Nyu-Yorkdakı Kolumbiya Universitetinin alimləri faktiki olaraq məlumatların saxlanılması və yazılması üçün canlı orqanizm hüceyrələrini miniatür qurğulara çevirməklə, istənilən rəqəmsal daşıyıcıdan məlumatları DNT-yə köçürən yeni texnologiya hazırlayıblar.

 

  Yeni texnologiyanın bir sıra istifadə imkanları var. DNT-nin yığılma texnologiyasının özü yeni deyil. Genetik kodu təşkil edən azotlu əsaslar cəmi dörddür. Laboratoriya şəraitində onları zəncir şəklində muncuq kimi ardıcıllıqla təsadüfi qaydada yığmaq olur. Bu daha çox “genetik qayçı” kimi tanınan “CRISPR-Cas9” texnologiyasının köməkliyi ilə edilir. Bu üsul səkkiz il əvvəl hazırlanmış və keçən il kimya üzrə Nobel mükafatına layiq görülmüşdür, lakin genetik kodun molekulyar səviyyədə yığılması çox əziyyətlidir, burada çox vaxt və xüsusi avadanlıq tələb olunur.

Faydalı linklər