02/03/2021
Alimlər neyronları bərpa edən, yaddaş və koqnitiv bacarıqları gücləndirən molekul aşkarlayıblar. Məlumatda bildirir ki, İspaniyanın Kadis və Sevilya universitetlərinin əməkdaşlarının bununla bağlı apardıqları araşdırmalar müsbət nəticə verib.
Tədqiqatçılar südləyən cinsindən olan bitkidən diterpen maddəsini əldə edə biliblər. Qeyd olunub ki, bu birləşmə proteinkinaz C (PKC) fermentini aktivləşdirir və emosiyaların formalaşması və yaddaşın möhkəmlənməsi mexanizmində iştirak edən hippokampda yeni neyronların yaradılmasına yol açır. Bunu siçanlar üzərində aparılan təcrübə təsdiqləyib.
Onların sözlərinə görə, gələcəkdə bu maddə beyin travması alan pasiyentlərin müalicəsində tətbiq edilə bilər.