29/10/2014
Oktyabrın 29-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d., prof. Musa İlyasov məruzə edib.
Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı göstərilmişdir və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq edilməyə başlanılmışdır. Alın müqaviməti qüvvəsinin azaldılması ilə yanacağa 2-7 % qənaət edildiyi bilinir. Ancaq bu məsələnin nəzəri tədqiqi (istər analitik, istərsə də ədədi) bu vaxtadək aparılmamışdır.
Məruzədə göstərilən effektin aerodinamik modeli ilk dəfə qurulub və analitik tədqiq edilib.