29/10/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi, Elmi Texniki İnformasiya laboratoriyası, Kitabxana və Hesablama texnikası vasitələri laboratoriyasının illik hesabatları dinlənilib.
Həmçinin, iclasda şöbələrin problemləri səsləndirilib və bu problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.