Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA əməkdaşları növbəti dəfə peyvənd olunublar


Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ölkəmizdə gedən vaksinasiya prosesində fəal iştirak edirlər.

Belə ki, AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 11 mart 2021-ci il tarixində TƏBİB-in modul tipli xəstəxanasında 50-64 yaş arası akademiya əməkdaşlarının növbəti vaksinasiyası həyata keçirilib. 500-dən artıq əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar. Tibbi heyətin peşəkarlığını və pasiyentlərə qarşı diqqətliliyini xüsusilə qeyd etmək olar.

Vaksinasiya iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar.

© Mənbə: www.science.az

Faydalı linklər