03/11/2014
Oktyabrın 31-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya şurasında Rafiq Rəsulov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi, Sevinc Xalıqova isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının direktoru Rafiq Rəsulov “Qeyri-xətti parabolik və hiperbolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda dissertasiya işi müdafiə edib.
Dissertasiyada alınmış nəticələr 36 işdə öz əksini tapmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının müəllimi Sevinc Xalıqova isə “Anizotrop kəsr-maksimal operatorunun və Riss potensialının ümumiləşmiş Morri fəzalarında tədqiqi” mövzusunda dissertasiya işi müdafiə edib.
Dissertasiyada alınmış nəticələr 11 elmi işdə öz əksini tapmışdır.
Hər iki iş Dissertasiya Şurasının müsbət rəyini alıb.