12/04/2021
Londonda Kraliça Mariya adına Universitetinin alimləri tarixdə ilk dəfə olaraq insan və heyvan DNT-ni havadan ayıra biliblər, bu barədə Science Focus nəşri yazır. Alimlər havadan götürdükləri nümunələrdən heyvan növlərini təyin etmək üçün ekoloji DNT “e-DNA”dan istifadəetmə ehtimalını araşdırıb.
Tədqiqatçılar köstəbək siçanın DNT nümunələrini toplamaq üçün peristaltik bir nasos və təzyiqli filtrlərdən istifadə ediblər. Daha sonra əldə edilən nümunələrə standart ardıcıllıq dəstləri tətbiq olunub. Araşdırma qrupu bu üsuldan istifadə edərək köstəbəkin DNT-sini uğurlu şəkildə təsbit edə bilib.
Hava nümunələrində insan DNT-si də tapılıb ki, bu üsulun ədli tibbi araşdırmalar üçün istifadə edilə biləcəyi söylənilir.
Alimlərin fikrinə görə, onlar bu yolla havadan yayılan virusların da necə yayıldığını öyrənə biləcəklər.
news.rambler.ru