14/04/2021
Alimlər beyni oxuyan və düşüncələri danışığa çevirən cihaz hazırlayıb. Kaliforniya Universitetində araşdırma edən komanda bu texnologiyanın həyəcanverici olduğunu bildirib. “Nature” jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, danışıq qabiliyyətini itirmiş xəstələr də bu cihazdan istifadə edə biləcəklər.
Düşüncə oxuma texnologiyası iki mərhələdə işləyir. İlk mərhələdə beynin dodaqları, dili, qırtlaq və çənəni hərəkət etdirən hissəsinə elektrotlar yerləşdirilir və beynin bu bölgəsindəki elektrik siqnalları aşkar edilir. Kompüterdə müxtəlif səslər üçün ağız və boğaz hərəkətləri kopyalanır. Nəticədə “virtual audio cihaz”dan sintetik danışıq eşidilir. Hər bir söz kodunun elektrik siqnalları üçün beyni skan etməyin daha asan olduğunu düşünə bilərsiniz, amma bu təşəbbüslər tam müvəffəqiyyətli olmadı.
Ağız formasına və səslərinə yönələrək alimlər ilkə imza atıb. Uzmanlardan biri professor Edward Chang deyib: “İlk dəfə olaraq bu iş bir insanın beyin fəaliyyətlərinə nəzərən cümlələrlə danışığın önünü açdı. Bu texnologiya sübut edir ki, cihaz nitq qabiliyyətini itirən xəstələr üçün istifadə edilə bilər.” Cihazda olan çatışmazlıqlardan biri danışığın aydın eşidilməməsidir. Beş insanın qoşulduğu təcrübədə yüzlərlə cümlə arasından dinləyicilər danışılanların 70%-ni başa düşə bilib.
Qurğu danışıq itirilməsinə yol açan neyron xəstəliyi, beyindəki zədələri, qırtlaq xərçəngi, iflic, parkinson kimi xəstəliklərdə faydalı ola bilər. Ancaq texnologiya dodaqların, dilin, qırtlağın və çənənin düzgün şəkildə hərəkət etdirilməsi zamanı işləyir. İflic olan bəzi şəxslər bundan istifadə edə bilmir. Chang onu da qeyd edib ki, bu cihaz ünsiyyət qurmayan hər kəs üçün həll yolu deyil. Həkimlər yaxın gələcəkdə heç danışmayan insanların da bu formada cihazla danışmağı öyrənə biləcəyini bildiriblər.
Tərcübəyə qatılanlara özəl ağız hərəkətləri etməmək tapşırılıb. Onlara bəzi cümlələri oxumaları deyilib. Bəs, özəl düşüncələri başqaları oxuya bilirmi? Hazırda bu, çətin görünür. Changın bu məsələ ilə bağlı cavabı belədir: “Biz və digər tədqiqatçılar sadəcə düşüncələri oxumağı yoxladıq, ancaq bu, çox çətin prosesdir. Bu səbəbdən də biz insanların nə deməyə çalışdıqlarına diqqət etdik.” Bəzi alimlər isə bunun etik olmadığını bildirir.
bbc.com