Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 21 aprel 2021-ci il tarixli 4 saylı iclas protokolunun   GÜNDƏLİYİ


  1. AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 2021-ci ilin I rübü üzrə hesabatları.
  2. Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrlərinin (9 nəfər) elmi və elmi-pedaqoji təcrübələrinin fəaliyyətlərinin qiymətləndirilməsi.
  3. “Riyazi analiz” ixtisası üzrə II kurs magistr Cavad Əsədzadənin dissertasiya mövzusunun qismən dəyişdirilməsi (elmi rəhbər AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov).
  4. Cəbr ixtisası üzrə qiyabi doktoranturaya qəbul olmuş Yaqut Nəcəf qızı Əliyevanın 1202.01-Analiz və funksional analiz ixtisasına keçirilməsi haqqında ərizəsi.
  5. AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantlarının 2021-ci ildə buraxılışı haqqında.
  6. AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantlarının 2021-ci ildə buraxılışı haqqında.
  7. Mex.ü.f.d. Nigar Nağıyevanın “Çubuq və lövhələrin yorğunluq dağılması” adlı monoqrafiyasının “Elm” nəşriyyatında çap olunması haqqında.
  8. COVİD -19 əleyhinə vaksinasiya haqqında AMEA-nın 14 aprel 2021-ci il tarixli 01-6/291 nömrəli məktubu.
 

AMEA RMİ-nın elmi katibi  dosent Tamilla Həsənova

Elmi Şura üzvlərinin nəzərinə!
21 aprel 2021-ci il tarixli iclasın vaxtı saat 14-00-da keçirilir. 
Elmi Şuranın iclası ZOOM-la keçiriləcək.
 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər