Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib


Aprelin 21-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. Tədbiri İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Riyaziyyat və Mexanika İnstitutunun şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 2021-ci ilin I rübü üzrə hesabatları diqqətə çatdırıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı ilə Elmi Şuranın 28 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib.

Professor Misir Mərdanov qeyd edib ki, institutun şöbə və əməkdaşlarının 3 ay ərzində 45 elmi məqaləsi çap olunub. Onlardan 23-ü Web of Science və Scopus bazalarına daxil edilib,  1 Zentrablatt, 6-sı isə elmi populyar məqalədir.

Tədbirdə, Riyaziyyat və Mexanika  İnstitutunun təhsil şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, professor Ədalət Axundov II kurs magistrantlarının elmi və elmi-pedaqoji təcrübələrinin qiymətləndirilməsi, institunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantlarının 2021-ci ildə buraxılışı haqqında məlumat verib.

İclasda həmçinin vaksinasiya və digər cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər