Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


23 aprel 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Elnarə Buxsay qızı Axundovanın “Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışların yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov olmuşdur. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Elnarə Buxsay qızı Axundova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlu, fizika-riyaziyyat elmləri doktoru, dosent Yaşar Mehralıyev, fizika-riyaziyyat elmləri namizədi, dosent Elvin Əzizbəyov, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər