27/04/2021
Alimlər insanlarda depressiyanı diaqnozlaşdıran və hətta xəstənin ağırlıq dərəcəsini də müəyyən edə bilən 26 biomarker müəyyənləşdiriblər. Təhlillər nəticəsində gələcək riskləri və optimal müalicə üsullarını müəyyən etmək mümkün olacaq.
Ruhi tarazlığın pozulması, depressiyanı müəyyən etmək əslində çox çətindir. Tez-tez həyatında hər şey yaxşı olduğu halda əhval-ruhiyyəsi yerində olmayan insanlarla qarşılaşırıq. Situasiyanın kəskinləşdiyini görərək həkimə müraciət etdikdə isə çox zaman artıq gec olur. Bəzən isə həkimlər sorğu-sual edərək, şikayətlərə baxaraq, diaqnozu doğru-düzgün müəyyən edə bilmirlər.
İndiana Universitetinin Tibb Məktəbinin alimlərinin yeni tədqiqatlarının nəticələri vəziyyəti tamamilə dəyişə bilər. Bu müasir tibbin həqiqətən böyük bir uğuru sayılmağa layiq bir nailiyyətdir. Öncə, alimlər İndiana Universitetinin Tibb Mərkəzində həkim qəbukunda olan depressiyadan əziyyət çəkən 300 könüllü seçdilər. Hər dəfə qəbul zamanı onlar vəziyyətlərini təsvir edirlər və bununla da, tədqiqatçılar xəstənin əhval-ruhiyyəsinin onun tərkibinə necə təsir etdiyini başa düşmək üçün qan testini aldılar. Bu ixtira doktor Aleksandr Nikuleskunun rəhbərliyi altında fəaliyyət göstərən tədqiqat qrupunun dörd illik əməyinin nəticəsidir
Məlumata görə tezliklə affekt halları, bütün növ depressiyalar, fəsil dəyişikliyi ilə əlaqəli əhval pozğunluqları və s. kimi problemləri rahat aşkar edərək müalicə etmək mümkün olacaq.
vesti.ru