Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər koronovirusla beyin zədələnmə mexanizmini müəyyənləşdiriblər


Britaniyalı və İsveçrəli alimlər, COVİD-19-un xəstəliyə məruz qalanlarda nevroloji ağırlaşmaların təzahürünə təsiri mexanizmini tədqiq etmişlər . Öncəki tədqiqatlar COVİD 19-un böyrək, ürək, ağciyər və beyinə təsir göstərə biləcəyini göstərmişdir. Habelə, koronovirusa məruz qalan xəstələr tez-tez idrak pozğunluğu, yuxusuzluq, narahatlıq və digər nevroloji simptomlardan əziyyət çəkirlər. Ancaq koronavirusun beyinə necə “yol tapdığı” mexanizmi bu günə qədər yaxşı öyrənilməmişdi.

Beləliklə, COVİD 19-un beyinə təsirlərini öyrənmək üçün Sürix və Liverpul Universitetlərinin alimləri genetik cəhətdən dəyişdirilmiş siçanları insan hACE2 reseptoruna virusun müxtəlif dozaları ilə yoluxdurublar. Müşahidələr göstərib ki, burundan yeridildikdən yeddi gün sonra virus qoxu lampası (olflaktor lampa da deyilir – red.) vasitəsilə beyinə daxil olub. Daha yüksək dozalarda alimlər virusun baş və onurğa beyində  geniş yayıldığını müşahidə ediblər.

Bununla da, tədqiqatçılar beynin ön hissəsində virusa yoluxma zamanı pozula biləcək yaddaş, diqqət və icra funksiyalarından məsul olan korteksin bir neçə bölgəsinin olduğunu qeyd ediblər. Beləliklə, COVID-19-un bir çox nevroloji simptomlarını onlar məhz bununla izah etmişlər. Mütəxəssislərin fikrincə, infeksiya onların işini poza bilər və bununla da yuxusuzluq, yaddaş pozğunluğu və digər nevroloji simptomlara səbəb ola bilər.

Beləliklə, koronovirusdan əziyyət çəkən uşaqlarda beyində (insulta qədər), sinir toxumasında və onurğa zədələnmə kimi təhlükəli nevroloji sindromların inkişaf edə biləcəyi məlum oldu.

iz.ru

Faydalı linklər