Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


30 aprel 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Elnur Həsən oğlu Xəlilov “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Elnur Həsən oğlu Xəlilov dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, fizika-riyaziyyat elmləri doktoru, professor İbrahim Nəbiyev, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfov və riyaziyyat elmləri doktoru, dosent Mübariz Hacıbəyov, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər