07/11/2014
12.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d., prof. Cəfər Həsənağa oğlu Ağalarov “Elastik maye ilə doldurulmuş sferik örtüyün sərbəst rəqsləri”mövzusunda məruzə edəcəkdir.
Nazik elastik sferik örtüyə baxılır. Örtüyün daxili daha kiçik elastiki modulu olan elastiki mühit ilə doldurulub. Sferik sistemlə hərəkət tənlikləri yazılmış və sərhədlərində kontakt şərtlərindən istifadə edərək hərəkət tənlikləri yazılır. Hərəkət tənlikləri daxilində maye olmayan vəziyyətdə yazılır. Sistemin tənlikləri sərbəst rəqslər üçün baxılır. Həllin varlığı üçün şərtlər yazılır. Bu şərtləri tam sistem üçün və xalis örtük üçün müqayisə edərək və xalis örtüyün tezliyi tam sistemin rəqs tezliyinin funksiyası kimi qurulur. Nəticə misallarla ifadə olunur və qrafiki tezlik spektrinin iki qolu ilə göstərilir.