Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun müəllifi olduğu “Bakı Dövlət Universiteti” adlı kitabı çapdan çıxıb


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanovun müəllifi olduğu  “Bakı Dövlət Universiteti” adlı kitabı çapdan çıxıb. “Təhsil” nəşriyyatında çap olunmuş, 672 səhifədən ibarət kitab ölkəmizdə ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çətin, mürəkkəb və şərəfli inkişaf yolu haqqında salnamədir.

Kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Fərrux Rüstəmovdur.

Kitabda Bakı Dövlət Universitetinin yüz illik tarixi arxiv materialları əsasında əhatəli və sistemli şəkildə oxuculara təqdim edilir. Universitetin yaranmasında və 100 illik inkişafı tarixinin ayrı-ayrı mərhələlərində xüsusi xidmətləri olmuş dövlət xadimləri, ona rəhbərlik etmiş ziyalılar haqqında geniş məlumat verilir.

Kitab təhsil tarixinin tədqiqatçıları, müəllimlər, tələbələr və geniş ictimaiyyət üçün nəzərədə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər