Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


18 may 2021-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Rakib Feyruz oğlu Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda  1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Rakib Feyruz oğlu Əfəndiyev dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov, riyaziyyat elmlər doktoru ,professor Nihan Əliyev, riyaziyyat elmləri doktoru ,professor Mahir Səbzəliyev eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda  səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər