19/05/2021
Riyaziyyat bütün elmlərin açarıdır, fizika, kimya, coğrafiyada öz tətbiqini tapır, o cümlədən silahlı münaqişələrdə. Müharibələrin gedişini əsasən iştirakçı ölkələrin ordusunun, texnologiyalarının, vəsaitinin, təbii və insan resurslarının həcmi müəyyənləşdirirdi.
Amma bəzən əsas amil tamamilə fərqlidir — intelekt. İkinci Dünya müharibəsi dövründə riyaziyyatçılar yalnız silahların inkişafında iştirak etmirdilər, həm də çox fərqli və xüsusi vəzifələri həll etməyə fəal kömək edirdilər.
20-ci əsrin ilk iki onilliyi ərzində Almaniya riyaziyyat sahəsində beynəlxalq elmi tədqiqatların mərkəzi olmuşdur. Bu, əsasən, Henri Puankarenin ölümündən sonra ən böyük riyaziyyatçı olan David Gilbertin xidmətidir. Müxtəlif sahələrdə (ınvariantların nəzəriyyəsi, ümumi cəbr, riyaziyyi fizika, inteqral tənliklər, riyaziyyat əsasları) iştirak etməklə yanaşı, Gilbert 20-ci əsrdə riyaziyyatın inkişaf istiqamətini müəyyənləşdirən 23 riyazi problem siyahısının formalaşdırılması ilə tanınır. Gilbert ilə yanaşı, Feliks Kleyn, Herman Minkovski, Dirixle, Rixard Dedekind kimi məşhur riyaziyyatçılar, Göttinqen Universitetində Gauss və Riman tərəfindən qoyulmuş riyaziyyat məktəbinin ənənələrini davam etdirərək, Almaniyanı riyaziyyatın gibləsinə çevirmişdilər.
Həmçinin, bir çox alimlər həm yer üzündə, həm də havada mərmilərin ən optimal paylanması üzərində işləmişdilər.
Müharibədən sonra bəzi kəşflər mülki istifadəyə keçdi. Xüsusilə, Turingin, Fon Braunun və bir çox digər alimlərin işləri reaktiv təyyarələr, atom energetikası və kompüter texnologiyalarının inkişafı prosesində öz tətbiqini tapıblar.
habr.com.ru