19/05/2021
19 may 2021-ci il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri, professor Əkbər Əliyev “Hiperbolik tənliklərin həllərinin qlobal analizi, əsas inkişaf mərhələləri və müasir problemlər” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qeyri xətti hiperbolik tənliklər və sistemlər üçün Koşi məsələsi və sərhəd məsələlərinin tədqiqi sahəsində aparılan əsas tədqiqatlar haqqında qısa məlumat verilmişdir. Həmin sahənin inkişafında olan əsas mərhələlər və çətinliklər və bu sahədə Azərbaycan riyaziyyatçılarının rolu haqqında danışılmışdır. Hiperbolik təniklər və sistemlər sahəsində son nailiyyətlər və problemlər haqqında dinləyicilərə məlumat verilmişdir.
Seminarda institutun əməkdaşları, gənc riyaziyyatçılar, müxtəlif ali məktəblərin əməkdaşları və Türkiyədən olan mütəxəssislər iştirak etdilər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.