19/05/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun sabiq professoru və Canadanın hal-hazırki International Journal of Chemoinformatics and Chemical Engineering (IJCCE) jurnalının redaktor müavini fizika-riyaziyyat elmləri doktoru, maye və qaz mexanikası üzrə mütəxəssis Nağıyev Faiq Bəhmən oğlu və onun tələbəsi Axundova Gülşən Ağasəf qızı tərəfindən işlənmiş 2 hissəli “Mathematical Methods” kitabı Almaniyada nəşr olunmuşdur. Kitabda olan mövzular adından da göründüyü kimi, tətbiqi riyaziyyat və mexanika təhsili alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kitab hesablama üsullarını və bu üsulların tətbiqi ilə bir çox həll nümunələrini ehtiva edir. Bu kitab xarici ölkələrdə təhsil alan tələbələrə “Calculus” fənninin və Azərbaycanda “Ali riyaziyyat” fənninin sərbəst öyrənilməsi üçün qiymətli vəsaitdir. Kitabın 1-ci hissəsində 18 mühazirə və 18 məşğələ materialı, 2-ci hissəsində isə 16 mühazirə və 16 məşğələ materialı və hər iki hissədə əlavə olaraq məsələlərin həlli üsulları verilmişdir.
Jurnala bu linkdə baxmaq olar: https://www.igi-global.com/journal/international-journal-chemoinformatics-chemical-engineering/1176
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.