24/05/2021
Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları plastik materialların reaktiv yanacaq tərkibinə və digər dəyərli məhsullara çevrilməsi üzrə innovasiyalı üsul yaradıblar. Yaradılmış yeni üsul plastik materialın təkrar istifadəsini sadələşdirir və iqtisadi cəhətdən daha sərfəli edir. Beləliklə alimlər orta temperaturların təsiri ilə 1 saat ərzində plastik materialın 90%-ni reaktiv yanacağa və digər dəyərli karbohidrogen məhsullara çevirə biliblər. Müəyyən məhsulların yaradılması üçün bu prosesi asanlıqla ayarlamaq olar. Bütün dünya üzrə okeanlar və ətraf mühit plastik tullantılar ilə çirkləndirilir. Onların çürümələri zamanı plastikin kiçik hissələri qida zəncirinə daxil olaraq insan həyatı üçün ciddi təhlükəyə çevrilirlər.
Bununla belə plastik materialın emalı çox problemlidir. Adətən plastik materiallar əridilir və əridilmiş materialdan yenidən plastik hazırlanır. Bu proses isə onun ekoloji dəyərini aşağı salır. Bundan əlavə olaraq bu cür plastik materialların digər qida məhsullarında istifadə keyfiyyətləri də aşağı düşür. Kimyəvi emal prosesi daha yüksək keyfiyyətə sahib məhsulları istehsal etmək imkanını verir. Lakin bu cür proses üçün yüksək temperatur reaksiyaları və uzunmüddətli emal lazımdır. Bütün bunlar isə kimyəvi emal üsulunu çox bahalı edir. Bu problemi həll etmək yolunda Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları polietilenin effektiv şəkildə reaktiv yanacağa və digər faydalı məhsullara çevrilməsi üçün xüsusi katalitik prosesi yaradıblar.
nanonewsnet.ru