26/05/2021
26 may 2021-ci il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Gülər Vidadi qızı Məhərrəmovanın “Sərhəd şərtinə spektral parametr daxil olan bir sinif kəsilən diferensial operatorun spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.