Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi fizika tənlikləri” şöbəsinin ”Yarimxətti ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsi” mövzusunda növbəti seminarı keçirilib


26.05.2021-ci il tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir.

Seminarda  f.-r.e.n. Şəhla Yusif qızı Şükürova ”Yarimxətti ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsi”  mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı bir sinif ikinci tərtib qeyri-divergent strukturlu yarımxətti  elliptik tənliklər üçün Dirixle məsələsinin güclü həllinin varlığı araşdırılmışdır. Bu məsələ üçün, verilən tənliyin sağ tərəfinin norması kifayət qədər kiçik olduqda, Sobolev fəzalarında həllin varlığı isbat olunmuşdur. Bu teoremin isbatında Banax fəzasında qapalı və kompakt çoxluğu özünə  kəsilməz inikas etdirən Şauder teoremindən istifadə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər