Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avstraliyalı alimlər vaksini əvəz edəcək preparat hazırlayıblar


Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün peyvəndlər əvəzinə istifadə edilə biləcək iki yeni preparat hazırlayıblar.

Bu barədə Brisbendə yerləşən Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri “Nature Cell Discovery” elmi jurnalında məqalə dərc ediblər. Tədqiqatçıların sözlərinə görə, COVID-19 ağır formalarının qarşısının alınması və müalicəsi üçün hazırlanan hər iki dərman SARS-CoV-2 virusunun özünə deyil, hücum etdiyi hüceyrələrə təsir edir.

Preparat Fransada heyvanlar üzərində laboratoriya testlərindən keçib. İlkin nəticələr dərmanların istifadəsinin təhlükəsiz olduğunu və məhdud sayda yan təsirlərin aşkarlandığını göstərib.

Mütəxəssislər bildiriblər ki, klinik sınaqlar uğurlu alınarsa, birinci dərman infeksiyanın qarşısını almaq üçün peyvəndlə yanaşı, ikincisi isə artıq yoluxmuş xəstələrdə SARS-CoV-2 virusunun replikasiyasını dayandırmaq üçün istifadə edilə bilər.

Dərmanların COVID-19 xəstələrindən alınan qan nümunələri və hüceyrələr üzərində laboratoriya testləri zamanı artıq yüksək effektivlik göstərdiyi vurğulanıb. Bundan əlavə, preparatın xüsusi şəraitdə saxlanılmasına ehtiyac yoxdur.

news.ru

Faydalı linklər