07/06/2021
09.06.2021-ci il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorun məxsusi funksiyaları üzrə ayrılışların yığılması haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan və en kəsiklərində uzununa qüvvə təsir edən bircins cubuğun əyilmə rəqslərini təsvir edən sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün məxsusi qiymət məsələsi təqdim olunur. Bu məsələnin məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyaları sisteminin altsistemlərinin bazislik xassələri və bu altsitemlər üzrə ayrılışların müntəzəm yığılması haqqında məlumat veriləcəkdir.
İclasa qoşulmaq üçün
https://us02web.zoom.us/j/86464458921?pwd=ZHYzN3MwUHBCT3JoYjF3dEhrTlpNUT09
linkinə daxil olmaq lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.