Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarına əsasən 01 yanvar 2021-ci il tarixindən etibarən xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili fəlsəfə doktoru imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

AMEA-nın elmi müəssisələrində həmin qərarın 2-ci bəndinə uyğun olaraq ixtisas və fərq imtahanları isə mövcud proqramlara əsasən bilet üsulu ilə həyata keçirilir.

AMEA-da ixtisas və fərq imtahanlarının 2021-ci ilin iyun- iyul aylarında keçirilməsi planlaşdırılır.

İmtahanların təşkili  üçün ixtisaslar üzrə mövcud proqramlara əsaslanaraq biletlərin hazırlanmasını ( hər biletdə 4 sual olmaqla minimum 25 bilet) təmin etməyiniz və biletlərin hazırlanmasında istifadə olunmuş sualların siyahısını 2021-ci ilin 15 iyun tarixinədək AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinə təqdim etməyinizi sizdən xahiş edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər