17/06/2021
17 iyun 2021-ci il saat 11:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz“, “Riyazi fizika” və “Optimallaşdırma və optimal idarəetmə” ixtisaslarından 7 magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom programı ilə onlayn rejimdə iclası keçirilmişdir.
İclasda AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin baş mütəxəssisi Səbinə Şıxqayıbova, İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və müdafiə edən magistrantlar iştirak etmişlər.
İxtisaslaşdırılmış Şuranın sədri professor Əkbər Əliyev iclası açaraq iştirakçıları salamlamış və sözu novbə ilə mudafiə edən magistrlərə teqdim etmişdir.
Çıxış edən magistrantlar: C.Ə.Əsədzadə, X.S.Əliyeva, N.Y.Dadaşova, A.Ə. Əsədli, A.Ə.Əliyev, C.C.Qasımov, D.F.Nağıyeva mövzuları haqqında ətraflı danışmış, verilmiş sualları dolgun cavablandırmışlar.
Dissetasiya işləri Şuranın uzvləri tərəfindən uygün olaraq:
Cavad Əsədzadə -100 A, Cəsarət Qasımov-100 A, Xalidə Əliyeva-96 A, Nigar Dadaşova-88 B, Afaq Əsədli-88 B, Azər Əliyev- 88 B, Dünya Nağıyeva-88 B, balla qiymətləndirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.